Qafqaz Universitetində “Ortaq türkcə” mövzusund görüş keçirildi.


 15 may 2012-ci il tarixində Qafqaz Universitetində rektor Prof. Ahmet Saniçin təklifi ilə “Ortaq türkcə” mövzusunda Azərbaycanın tanınmış dilçi alimləri ilə görüş keçirilmişdir. Görüşdə Qafqaz Universitetinin rektoru, prof. Ahmet Saniç, pedaqoji fakültənin dekanı, dos. Erdal Karaman, Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri, prof.Akif Hüseynli, dekan müavini, f.d. İslam Heseynov, bölmə müdir müavini f.d. Emin Ağayev, Universitetin müəllimləri dos. Məmmədəli Babaşlı, b/m. Rəhman Quliyev, Tural Mirzəliyev, AMEA Dilçilik İnstitutunun direktoru, prof. Fəxrəddin Veysəlli, elmi işlər üzrə direktor müavini, prof. Məsud Mahmudov, elmi katib, f.e.d. İlham Tahirov, ADPU-nun Filologiya fakültəsinin dekanı, prof. Buludxan Xəlilov, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, prof. Sənubər Abdullayeva,  Umumi dilçilik kafedrasının müəllimi, tanınmış alim prof. Əbülfəz Rəcəbli iştirak edirdilər. Səmimi şəraitdə  keçən görüşdə bir sıra maraqlı fikirlər səsləndi. Belə ki, Universitetin elmi jurnalının hər nömrəsinin türk dillərinin ayrıca bir probleminə həsr olunması, bu istiqamətdə müxtəlif türk xalqlarından alimlərin məqalələrinin toplanması, nüfuzlu elmi əsərlərin qarşılıqlı tərcüməsi, türk dillərinin zənginliyini əks etdirən məqalə, fleyton və esselərin toplanıb kitab halında nəşr olunması, ayrı-ayrı sahələrin ( terminologiya, köhnəlmiş sözlərin və s.), “Ortaq türkcə” lüğətinin hazırlanması, müxtəlif türk dilləri arasında kompyuter tərcümə proqramlarının hazırlanması, illüstrasiyalı internet-lüğətin hazırlanması kimi məsələlər müzakirə olundu.
Qafqaz Universiteti mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2303&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF