19 May bayramı Bakıda da keçirildi


Qardaş Türkiyənin ölkəmizdəki səfirliyinin Təhsil Müşavirliyinin təşkilatçılığı ilə 19 May Atatürkü Anma, Gənclik və İdman bayramı təntənəli şəkildə qeyd olunub. Bakı Dövlət Universitetində (BDU) baş tutan tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, səfirliyin diplomatları, BDU-nun rektoru Abel Məhərrəmov, ölkəmizdə fəaliyyət göstərən türkiyəli iş adamları, Azərbaycan ziyalıları, tələbə və şagirdlər iştirak ediblər.Tədbirdə çıxış edənlər 19 mayın müasir Türkiyənin tarixində müstəsna yerə malik olduğunu qeyd ediblər.
Tədbirdə həmçinin bayram münasibətilə Bakı Türk Anadolu Liseyi tərəfindən təşkil olunmuş futbol, basketbol və şahmat yarışlarının qalibləri də mükafatlandırılıblar.
Atatürklə bağlı qısa metrajlı filmin də nümayiş etdirildiyi tədbir bədii hissə ilə davam etdirilib. BDU, Memarlıq və İnşaat, Qafqaz, Anadolu universitetlərinin tələbələrinin rəqs və musiqi kollektivləri tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Məlumat üçün bildirək ki, 1919-cu ilin may ayının 19-da Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənpərvərləri Samsuna çataraq, Vətənin müdafiəsi uğrunda savaşa başlayıblar. Məhz bu tarixdən sonra işğalçılara qarşı mübarizə - Milli Qurtuluş Savaşı bütün ölkəyə yayılıb və 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələnib. Ona görə də, 19 may Türkiyə tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilir. Sonradan həmin gün “Gənclik və İdman” bayramı kimi qeyd olunub. Atatürk bu bayramı gənclərə hədiyyə edib.
1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” da əlavə olunub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur. Mehmet Şimşek
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43583

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF